...

Azərbaycanın və Türkiyə HHQ arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb (FOOT)

Siyasət Materials 1 Dekabr 2017 11:49 (UTC +04:00)
Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın və Türkiyə HHQ arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb (FOOT)

Bakı. Trend:

Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti