Prezident İlham Əliyev: Azərbaycanın müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq (YENİLƏNİB) (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanın müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə “Azərxalça”nın bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.

Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Sizi yeni xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, çox gözəl hadisədir. Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni, Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olmuşdur. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək.

Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq.

Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin.

Xalçaçı qadın: Çox sağ olun, bütün bunlar Sizin sayənizdədir. Allah Sizdən razı olsun. Bu sənət bizə nənələrimizdən miras qalıb.

Prezident İlham Əliyev: Bəli, onlar sizi öyrədiblər, siz də gəncləri öyrədirsiniz. Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq.

Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq. Sizi təbrik edirəm.

Xalçaçı qadın: Cənab Prezident, çox hörmətli Mehriban xanım, Sizi Qubada görməyimizə çox şadıq. Xoş gəlmisiniz. Biz çox sevinirik ki, Quba rayonunda çoxlu müəssisələr, iş yerləri açmısınız, çox səy göstərmisiniz. Buna görə biz çox sevinirik, Sizə çox minnətdarıq.

Mən özüm 45 ildir toxucuyam, qızım, gəlinlərim də toxucudur, çoxlu sayda yetirmələrim var. Hamısı da bu sənəti sevə-sevə davam etdirirlər. Bizə diqqət göstərdiyinizə, belə yüksək şəraitə görə Sizə çox minnətdarıq. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Burada işləyənlərin əksəriyyəti təcrübəli vətəndaşlardır.

Xalçaçı qadın: Bəli, böyük təcrübəmiz var.

Prezident İlham Əliyev: Burada gənclər də öyrənirlər?

Xalçaçı qadın: Gənclər də öyrənirlər. Bildiyimizi gənclərə öyrədirik, əsirgəmirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

Digər xalçaçı qadın: Cənab Prezidentimiz, hörmətli Mehriban xanım, xoş gəlmisiniz. Çox sağ olun ki, bizim bu gözəl rayonumuza gözəllik qatdınız. Allah Sizdən razı olsun. Bizim gözəl gənclərimiz Sizin sayənizdə toxuculuq müəssisəsinə həvəslə gəlib işləyirlər. Mən özüm gənc toxucuyam, bu kurslara yeni başlamışam. Çox sağ olun ki, bizim üçün belə gözəl, isti, işıqlı şəraiti olan müəssisəni açmısınız. Allah Sizdən razı olsun. Bu gün “ASAN xidmət”imizin də açılışı oldu. Çox sağ olun ki, rayonumuzda belə gözəl şərait yaradırsınız.

Prezident İlham Əliyev: “ASAN xidmət” Quba və qonşu rayonlara xidmət göstərəcək, 500 min vətəndaşa xidmət göstərəcək. İndicə o mərkəzin açılışı olubdur. Məsləhət görürük ki, siz də gedib bu mərkəzin xidmətlərindən istifadə edəsiniz. Orada əhaliyə çox gözəl xidmət göstəriləcək. Orada 170, burada isə 150 iş yeri yaradılıb. İş yerlərinin yaradılması prosesi belə davam etməlidir. Orada da işləyənlərin əksəriyyəti qadınlardır. Biz çalışırıq ki, qadınların məşğulluq məsələlərini həll edək.

Xalçaçı qadınlar: Çox sağ olun, çox minnətdarıq. Allah Sizi qorusun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Loading Bars
Xəbər lenti
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bütün xəbərlər