...

Xəzəryanı ölkələrin Sammiti gələn il Astanada baş tutacaq

Siyasət Materials 13 Dekabr 2017 05:10 (UTC +04:00)
Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti 2018-ci ilin yazında Qazaxıstanın Astana şəhərində baş tutacaq
Xəzəryanı ölkələrin Sammiti gələn il Astanada baş tutacaq

Bakı. Trend:

Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti 2018-ci ilin yazında Qazaxıstanın Astana şəhərində baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin Xəzəryanı ölkələrlə humanitar və istisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Ramazan Abdulatipov qeyd edib ki, hal-hazırda Xarici İşlər Nazirlikləri xətti ilə razılaşdırmalar aparılır.

O deyib: "Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çox güman ki, yaz aylarında Astanada baş tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti