Bakı. Elçin Mehdiyev – Trend:
Bəzi insanlar növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsində vətəndaşları çaşdırırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.
S.Novruzov qeyd edib ki, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinə edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib.
Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilmə müddəti Azərbaycan Konstitusiyası ilə tənzimlənir: “Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Mətbuat orqanları bunu yanlış yazır”.
S.Novruzovun sözlərinə görə, Sevinc Osmanqızı ABŞ-da şayiə yayıb ki, guya Azərbaycanda mart ayında növbədənkənar prezident seçkiləri keçiriləcək: “Bu sırf təxribatdır. O, təxribatla məşğul olur”.