...

Azərbaycan ilə Palau arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Siyasət Materials 1 Fevral 2018 23:39 (UTC +04:00)
Fevralın 1-də Nyu-York şəhərində Azərbaycan Respublikası və Palau Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb.
Azərbaycan ilə Palau arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Bakı. Trend:

Fevralın 1-də Nyu-York şəhərində Azərbaycan Respublikası və Palau Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb.

Sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir, BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

Birgə kommunikeni hər iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ngedikes Olai Uludong imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti