...

ABŞ məzunları Azərbaycanda FLEX proqramının 25 illiyini qeyd edirlər (FOTO)

Siyasət Materials 3 Fevral 2018 10:47 (UTC +04:00)
ABŞ məzunları Azərbaycanda FLEX proqramının 25 illiyini qeyd edirlər.
ABŞ məzunları Azərbaycanda FLEX proqramının 25 illiyini qeyd edirlər (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Bakı ofisi Gələcək Liderlərin Mübadiləsi (FLEX) proqramının məzunlarının 25 illik uğurlarını və Birləşmiş Ştatlarla Azərbaycan arasında davam edən mədəniyyət və ideyalar mübadiləsini qeyd edən FLEX proqramının 25 illik yubileyi münasibətilə 1 illik tədbirlər silsiləsini açıq elan edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, FLEX mübadilə proqramının əsas məqsədi Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma və uzunmüddətli münasibətləri inkişaf etdirməkdir.

Tədbirin açılışında səfir Robert F.Sekuta son 25 ildə FLEX proqramının Azərbaycana müsbət təsirini və FLEX məzunlarının Azərbaycan cəmiyyətinə verdiyi töhfələri vurğulayıb. Beynəlxalq Təhsil üzrə Amerika Şurasının ölkə üzrə direktoru Codi Blenkenşip və FLEX proqramının bir neçə məzunu proqramın Azərbaycana və onların həyatına təsirindən danışıblar. 1993-cü il məzunu sovet dövrü məktəbi və cəmiyyətindən sonra bu proqramın onun gözlərini yeni qlobal bir perspektivə açmasından danışıb.

1993-cü ildə başlayan ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX rəqabətli və xüsusi seçim prosesinə əsaslanan təqaüd proqramıdır. FLEX təqaüdü qazanan şagirdlər Amerika Birləşmiş Ştatlarında könüllü ailə ilə yaşamaq və ABŞ orta məktəbində bir tədris ili ərzində təhsil almaq üçün təqaüd qazanmaq uğrunda çox sayda imtahan mərhələlərindən keçirlər. Mübadilə ili ərzində onlar liderlik qabiliyyəti qazanır, Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir, eyni zamanda, amerikalılara Azərbaycan və onun mədəniyyəti barədə məlumat verirlər. Azərbaycanda təxminən 1000 FLEX məzunu var. Onların əksəriyyəti hazırda fəaliyyət göstərdikləri sahələrdə liderlərdir və Azərbaycan üçün güclü bir gələcəyin qurulmasına mühüm töhfələr verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti