...

Azay Quliyev Avropa Gənclər Parlamentinin üzvləri ilə görüşüb

Siyasət Materials 10 Fevral 2018 16:15 (UTC +04:00)
Azay Quliyev “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Mənim Parlamentim – My Parliament” layihəsinin qonağı olub.
Azay Quliyev Avropa Gənclər Parlamentinin üzvləri ilə görüşüb

Bakı. Trend

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Avropa Gənclər Parlamenti"nin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Mənim Parlamentim – My Parliament" layihəsinin qonağı olub.

Trend-in məlumatına görə, A.Quliyev görüş üçün müraciət edən AGP-nin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 25 nəfərlik heyəti Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına dəvət edib.

"Dəyirmi masa" formatında baş tutan maraqlı və interaktiv görüşdə A.Quliyev QHT Şurası və ATƏT PA-nın fəaliyyəti ilə bağlı gənclərə geniş məlumat verib. A.Quliyev, eyni zamanda, AGP-nin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini bildirib və onların suallarını cavablandırıb. O, eyni zamanda, ATƏT PA-nın vitse-prezidenti kimi, ATƏT-lə Gənclər Parlamentinin nümayəndəliyini sıx əməkdaşlıq qurmağa dəvət edib.

A.Quliyev, həmçinin keçirilməsi nəzərdə tutulan "Qarabağ Beynəlxalq Forumu"nun əhəmiyyətindən danışıb və qeyd edilən beynəlxalq forumun təşkili və gündəliyi ilə bağlı məsləhətlərini verib.

Qeyd edək ki, AGP Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. "Mənim Parlamentim" layihəsinin məqsədi gəncləri Milli Məclisin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti