...

Bakıda Xəzəryanı ölkələrin humanitar mərkəzi yaradılır

Siyasət Materials 1 Mart 2018 09:38 (UTC +04:00)
Bakıda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzi yaradılır.
Bakıda Xəzəryanı ölkələrin humanitar mərkəzi yaradılır

Bakı. Trend:

Bakıda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzinin yaradılmasına başlanılıb.

Trend-in məlumatına görə, bunu TASS-a RF Fövqəladə Hallar Nazirliyi yanında "Emerkom" beynəlxalq humanitar əməliyyatlarında Rusiyanın iştirakının təmini və əlaqələndirilməsi üzrə Agentliyin direktoru Yuri Brajnikov 1 mart - Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar deyib.

Onun sözlərinə görə, mərkəzin yaradılması iki il əvvəl Xəzəryanı ölkələrin - Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İranın FHN-lərinin əməkdaşlığı haqqında imzalanmış sazişin məntiqi davamıdır:

"Bu sənədə əsaslanaraq, biz Azərbaycanda Mülki Müdafiə Akademiyası yaratdıq, laboratoriyamızı, siniflərimizi, tədris bazamızı verdik. Bu, Xəzəryanı ölkələrin marağına cavab verən üçüncü mərkəzdir. Faktiki olaraq onun yaradılmasına başlanıb - baza artıq yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti