...

MSK seçkilərlə əlaqədar treninqlərə başlayır

Siyasət Materials 3 Mart 2018 13:16 (UTC +04:00)
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının treninqi layihəsi çərçivəsində "Trenerlər üçün Treninq"ə başlayır.
MSK seçkilərlə əlaqədar treninqlərə başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının treninqi layihəsi çərçivəsində "Trenerlər üçün Treninq"ə başlayır.

MSK-dan Trend-ə verilən məlumata görə, treninq gələn həftədən start götürür.

Bildirilir ki, ilk belə treninq martın 5-də keçiriləcək.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçikləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti