...

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq

Siyasət Materials 12 Mart 2018 12:32 (UTC +04:00)
Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq.
Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq

Bakı. Trend:

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Azərbaycan Seçki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

Azərbaycan Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycanın diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.

Bununla əlaqədar, Azərbaycan Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur.

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə 13 mart 2018-ci il tarixində Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, XİN-in tərkibindəki sözügedən İşçi qrupunun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub.

Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının – aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Kommissiyasına təqdim edilib.

32 ölkədə yerləşən Azərbaycan diplomatik nümayəndəlikləri və konsulluqlarında aşağıdakı qaydada 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır:

Azərbaycan Respublikasının səfirlik və konsulluqları

Səfirliklər

1. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi
2. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi
3. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi
4. Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi
5. Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi
6. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi
7. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi
8. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi
9. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi
10. Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
11. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi
12. Azərbaycan Respublikasının İordaniya Krallığındakı Səfirliyi
13. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
14. Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi
15. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi
16. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında Səfirliyi
17. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi
18. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi
19. Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi
20. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi
21.Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi
22.Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi
23.Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyi
24. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi
25. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi
26.Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi
27. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi
28. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi
29. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi
30. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi
31. Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı Səfirliyi
32. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi

Baş konsulluqlar

33. Azərbaycan Respublikasının Aktau şəhərində Baş Konsulluğu
34. Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulluğu
35. Azərbaycan Respublikasının Dubay şəhərində Baş Konsulluğu
36. Azərbaycan Respublikasının İstanbul şəhərində Baş Konsulluğu
37. Azərbaycan Respublikasının Los-Anceles şəhərində Baş Konsulluğu
38. Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərində Baş Konsulluğu
39. Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu
40. Azərbaycan Respublikasının Yekaterinburq şəhərində Baş Konsulluğu
41. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti