...

Hikmət Hacıyev: Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı növbəti uydurmadır

Siyasət Materials 29 Mart 2018 23:55 (UTC +04:00)
Ermənistan XİN-nin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin Sumqayıt hadisələri ilə bağlı bəyanatının guya BMT tərəfindən "rəsmi sənəd" kimi yerləşdirilməsinə dair bəyanatı növbəti uydurmadır.
Hikmət Hacıyev: Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı növbəti uydurmadır

Bakı. Trend:

Ermənistan XİN-nin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin Sumqayıt hadisələri ilə bağlı bəyanatının guya BMT tərəfindən "rəsmi sənəd" kimi yerləşdirilməsinə dair bəyanatı növbəti uydurmadır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev bildirib.

H.Hacıyev deyib: “Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi qondarma rejimin təqdim etdiyi kağız parçasını əlavə edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim olunan və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim olunur.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti