...

Elman Nəsirov: Aprel döyüşlərindən sonra erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi

Siyasət Materials 2 Aprel 2018 11:10 (UTC +04:00)
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi.
Elman Nəsirov: Aprel döyüşlərindən sonra erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi

Bakı. Samir Əli - Trend:

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, bu döyüşlər Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi:

"Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı hər zaman azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordu və xalqla hakimiyyətin ən yüksək səviyyədə vəhdətini nümayiş etdirdi. Aprel hadisələrinə qədər Ermənistan ordusunun guya "məğlubedilməz" bir mifi var idi. Amma bu döyüş həmin mifi tamamilə alt-üst etdi və məlum oldu ki, Ermənistan ordusunda ilk növbədə hərbi vətənpərvərlik ruhu yoxdur, Ermənistan ordusu bu sahədə ciddi problemlər yaşayır. Bu döyüş sübut etdi ki, Ermənistan ordusunun zabitləri, hətta generallarının döyüş hazırlığı olduqca aşağı səviyyədədir və ordunun müasir silahlarla təchizatında ciddi problemlər var. Ermənistan əsgəri nəyin uğrunda döyüşdüyünü bilmir. Çünki erməni əsgərləri Ermənistana aid olmayan torpaqlara görə ölümə göndərilir".

E.Nəsirov əlavə edib ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu hələ də özünə gələ bilməyib:

"Ermənistanda onsuz da genişlənmiş əhali köçü aprel döyüşlərinin təsiri nəticəsində yeni bir mərhələyə yüksəldi. Siyasi hakimiyyət əhaliyə yalan vədlər verirdi ki, guya Ermənistan ordusu güclüdür. Amma bu prosesdə hakimiyyətin yalanları da üzə çıxdı ki, əslində Ermənistan ordusundakı vəziyyət ən acınacaqlı səviyyədədir. Belə olan halda erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi. Azərbaycanda isə bu proses tərsinə oldu. Aprel döyüşləri Azərbaycan gənclərinin vətənpərvərlik hisslərini ortaya qoydu. Həmin günlərdə tələbələr, məktəblilər də əhali ilə birlikdə cəbhə bölgəsinə, döyüşə can atırdılar. Ona görə də hesab edirəmn ki, aprel döyüşləri Azərbaycanın ən şanlı səhifələrindən biridir və bu döyüşlər Azərbaycana Dağlıq Qarabağ münaqişəsində ilk dəfə olaraq əsl qələbəni daddırdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti