...

İtaliya mətbuatı: “Unudulmuş soyqırımın 100 illiyi”

Siyasət Materials 2 Aprel 2018 12:48 (UTC +04:00)
İtaliyanın “geopolitica.info” internet portalında Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzinin müəllifi olduğu “Unudulmuş soyqırımın 100 illiyi” başlıqlı məqalə dərc olunub.
İtaliya mətbuatı: “Unudulmuş soyqırımın 100 illiyi”

Bakı. Trend:

İtaliyanın “geopolitica.info” internet portalında Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzinin müəllifi olduğu “Unudulmuş soyqırımın 100 illiyi” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 1918-ci ildə erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş qanlı qırğın və qətliamlardan bəhs olunur.

Məqalədə müəllif Azərbaycan xalqını tarix boyu soyqırım və ədalətsizliyə məruz qalmış xalqlardan biri kimi xarakterizə edir, tarixi Azərbaycan ərazilərinin 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası və İran arasında bölünməklə işğal olunduğunu və bu siyasətin həyata keçirilməsi üçün həmin ərazilərə Osmanlı imperiyası və İrandan ermənilərin köçürüldüyünü bildirir. Ermənilərin tarixi Azərbaycan ərazilərində “böyük Ermənistan” dövləti qurmaq xülyasında olduqlarını və bu məqsədlə XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qırğınlar və qətliamlar törətdiklərini, o cümlədən 1905-1907-ci illər Birinci Rus inqilabı zamanı minlərlə azərbaycanlını qətlə yetirdiklərini diqqətə çatdırır.

Məqalədə ermənilərin Birinci Dünya Müharibəsi və 1917-ci ildə Rusiya imperiyasında baş vermiş inqilablardan istifadə edərək, bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirməyə və bolşeviklərin köməyi ilə Bakıda 1918-ci ilin 31 mart tarixində Stepan Şaumyanın özü də daxil olmaqla 4 min erməni daşnakının, o cümlədən 6 min Sovet hərbçisinin iştirak etdiyi azərbaycanlılara qarşı kütləvi qətliam və qırğınlar törətməyə başladıqları bildirilir. Üç gün davam etmiş qətliamlarda ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı ağlasığmaz vəhşiliklər törətdiyi qeyd olunur və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş Kulner adlı bir almanın qırğınla bağlı erməni vəhşiliklərinə dair 1925-ci ildə yazdıqlarından sitatlar gətirilir. Ümumiyyətlə, XX əsrin əvvəllərində baş vermiş 1905-1907 və 1918-1920-ci il qırğınlarında ermənilər tərəfindən 2 milyona yaxın müsəlman-türk əhalisinin qətlə yetirildiyi, şikəst edildiyi və öz doğma torpaqlarından didərgin salındığı vurğulanır.

Yazıda mart qətliamlarının təkcə Bakı şəhəri ilə məhdudlaşmadığı, qısa müddət ərzində Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars şəhərlərində də törədildiyi bildirilir. O cümlədən 1918-ci ilin 28 may tarixində yaradılmış və 1920-ci ilin 28 aprelində Qırmızı Ordu tərəfindən işğal edilmiş Azərbaycan Demokratik Respublikasının erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım aktlarının araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissiyasını yaratdığı və hazırda bununla bağlı çoxsaylı sənədlərin mövcud olduğu vurğulanır. Müəllif həmin sənədlərə istinad edərək, 1918-ci ilin mart ayı ərzində Azərbaycanın müxtəlif şəhərlərində törədilmiş qırğınların miqyasına dair geniş məlumat verir. Mart qırğınları zamanı ermənilərin Gümrü, Zəngəzur, İrəvan, Gəncə, Qarabağ, Şamaxı və Naxçıvan ərazilərində aralarında qadın, uşaq və yaşlıların da olduğu on minlərlə türk-müsəlman əhalisini qətlə yetirdiklərini, yüzlərlə kənd və yaşayış məskənlərini məhv etdiklərini, Cümə və Təzəpir məscidləri, o cümlədən İsmailiyyə binası da daxil olmaqla çoxsaylı tarixi-memarlıq tikililərini dağıtdıqlarını vurğulayır.

Sonda mart qırğınlarından 100 il keçməsinə baxmayaraq, ermənilərin hələ də Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırım siyasətini davam etdirdiyi bildirilir, 25 ildən çoxdur ki Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu diqqətə çatdırılır. Habelə, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının tam, qeyd-şərtsiz və təcili çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla münaqişə ilə bağlı beynəlxalq təşkilatların sənədlərinə hörmət və əməl edilməsi üçün Azərbaycanın dünya ictimaiyyətinə çağırış etməkdə davam edəcəyi vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti