...

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 3 Aprel 2018 12:02 (UTC +04:00)

Bakı. Trend:

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

O, “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçiriləcək konfransın açılış sessiyasında çıxış edəcək.

M.Layçakın, həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, Baş Assambleyanın prezidenti ADA Universitetində “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək.

Səfər zamanı M.Layçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti