...

Prezident İlham Əliyev Şirvanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,8 milyon manat ayırıb

Siyasət Materials 3 Aprel 2018 18:28 (UTC +04:00)
Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Şirvanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,8 milyon manat ayırıb

Bakı. Trend:

Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 2,8 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamdaq göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti