...

Deputat: Qoşulmama Hərəkatının Bakı konfransı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir

Siyasət Materials 8 Aprel 2018 16:30 (UTC +04:00)
Deputat: Qoşulmama Hərəkatının Bakı konfransı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.
Deputat: Qoşulmama Hərəkatının Bakı konfransı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatının nazirlər konfransının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin depuatı Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin həm iqtisadi, həm də siyasi uğurudur. Millət vəkili vurğulayıb ki, Azərbaycan bu konfransa ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin təmin olunmasına daha bir töhfə vermiş oldu:

“Konfransın yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının vacibliyinin qeyd edilməsi əlbəttə xüsusi vurğulanmalıdır və bu ölkəmizin daha bir uğurudur. Ümumilikdə bu tədbirin ölkəmizdə keçirilməsinin faydaları olduqca çoxdur. Dünyanın müxtəlif yerlərindən siyasətçilərin Azərbaycanda toplanması və onların ölkəmizlə daha yaxından tanış olması Azərbaycanın dünyada təbliği baxımından vacib əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Nazirlər konfransının Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb.

Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti