...

Azərbaycan vətəndaşları Moskva və Moskvaətrafında prezident seçkilərində səs verib

Siyasət Materials 11 Aprel 2018 18:13 (UTC +04:00)
Azərbaycan vətəndaşları bu gün Moskva və Moskvaətrafında Azərbaycanla eyni zamanda səs verib
Azərbaycan vətəndaşları Moskva və Moskvaətrafında prezident seçkilərində səs verib

Bakı. Trend:

Azərbaycan vətəndaşları bu gün Moskva və Moskvaətrafında Azərbaycanla eyni zamanda səs verib.

Trend-in məlumatına görə, yerli vaxtla saat 14:00-dək Azərbaycan səfirliyində 60 faiz seçici səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti