...

Belarus Prezidenti: İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyəti ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək

Siyasət Materials 12 Aprel 2018 10:22 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.
Belarus Prezidenti: İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyəti ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Trend bu barədə Belarus dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: “Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuq kursu ilə yüksək həmrəyliyini təsdiq etdi. Əminəm ki, dövlət başçısı vəzifəsində Sizin fəaliyyətiniz ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına xidmət edəcək”.

A.Lukaşenko həmçinin, Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, bitməz enerji və planların icrasında uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti