...

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Siyasət Materials 12 Aprel 2018 11:48 (UTC +04:00)
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib.
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. Trend:

Aprelin 12-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Aleksandr Lukaşenko İlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti