Bakı. Trend:
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Çox hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikasının Xalq Məclisi adından Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə göstərilmiş etimad Sizin yüksək nüfuzunuzu və yürütdüyünüz, ölkənin siyasi və sosial-iqtisadi inkişafına yönəlmiş xəttin bütün xalq tərəfindən dəstəklənməsini təsdiq edir. Sizin şəxsi səyləriniz, Azərbaycan vətəndaşlarının əməksevərliyi və zəhməti sayəsində ölkədə həyat səviyyəsinin yüksəlməsi, onun gücünün möhkəmlənməsi böyük hörmətə layiqdir. Siz dövlət xadimi və siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanmısınız. Siz atanızın – görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz.
Sizin Rusiya-Azərbaycan tərəfdaşlığının və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına yönəlmiş prinsipial mövqeyinizi Rusiyada yüksək qiymətləndirirlər. Dağıstanlılar əmindirlər ki, xalqlarımız arasında tarixən yaranmış qardaşlıq münasibətləri bundan sonra da konstruktiv və səmərəli şəkildə inkişaf edəcək və möhkəmlənəcək.
Dağıstan Respublikası Xalq Məclisinin deputatları Azərbaycan Respublikasının Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının tərkibində ənənəvi şəkildə iştirak edərək seçkilərin beynəlxalq hüququn normalarına uyğun və yüksək səviyyədə təşkil olunmasını qeyd ediblər.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm. Azərbaycan xalqına sülh və xoşbəxt gələcək arzulayıram”.
XXX
Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar adından Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Skandinaviya ölkələrində yaşayan çoxminli azərbaycanlılar adından təbrik edirik.
Biz - Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar siyasi baxışlarımızdan asılı olmayaraq, hər birimiz azərbaycanlı kimliyimizlə, bir millətin övladları olmağımızla fəxr edir, siyasi təlatümlərin baş verdiyi dünyamızda var olan dövlətimiz və dalğalanan bayrağımızla qürur hissi keçiririk. Azərbaycandan kənarda yaşasaq da, Ana Vətənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Hesab edirik ki, damarlarında azərbaycanlı qanı axan hər bir kəs bu hisslərlə yaşamalıdır.
Siz Prezident kimi ölkəyə başçılıq etdiyiniz ötən illər ərzində Azərbaycan dünya birliyində siyasi və iqtisadi çəkisinə görə regionun mühüm dövləti kimi öz yerini möhkəmləndirmiş, mürəkkəb coğrafi məkanda yerləşməsinə, Ermənistan tərəfindən təcavüzə məruz qalaraq 20 faiz torpaqlarının işğal olunmasına və bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, Vətənimiz inanılmaz dərəcədə dəyişmiş, gözəl Bakımız isə yaşadığımız Avropa şəhərlərindən heç də geri qalmır. Avropa ölkələrinin 100 ilə keçdiyi inkişaf yolunu Azərbaycan müstəqil dövlət kimi var odluğu bu illər ərzində məharətlə adlaya bilmişdir. Biz hər il Vətənə gələndə dəyişmiş, daha da gözəlləşmiş bir Azərbaycanın şahidi oluruq.
Möhtərəm cənab Prezident,
İnanırıq ki, növbəti prezidentlik dövründə də Siz bütün bilik və bacarığınızı sərf edərək dövlətimizin siyasi, iqtisadi və hərbi sahədə inkişafını, xalqın rifah halının daha da yüksəldilməsini təmin edəcək, Azərbaycanı təkcə bizim and yerimizə deyil, həmçinin dünya dövlətlərinin və xalqlarının cazibə mərkəzinə çevirə biləcəksiniz”.
XXX
“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz və səyləriniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi və dini-mənəvi sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcək maraqlarına cavab verən mühüm dövlət islahatlarını uğurla həyata keçirirsiniz.
Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə Sizin verdiyiniz töhfələri yüksək dəyərləndiririk. Azərbaycan Respublikası ilə Ulyanovsk Vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq".
XXX
Rusiyanın Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri Rafiq Mövsümovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki qələbəniz qardaş Azərbaycan xalqının Sizə etimadının və Sizi dəstəkləməsinin göstəricisidir. Ümidvaram ki, Azərbaycan ilə Dağıstan arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Respublikalarımız arasında əlaqələrin çoxəsrlik tarixi var. Ötən müddətdə bizim dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə çatıb. Biz siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində və sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm".
XXX
Moskvadakı K.Kərimov adına məktəbin birinci direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Aida Quliyevadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanımıza sülh və firavanlıq, Sizə isə tükənməz güc, möhkəm cansağlığı və ailə səadəti arzulayıram.
Allah Sizi qorusun!".
XXX
Rusiya Federasiyası Vladiqafqaz şəhərindəki Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin rəhbəri, Şimali Osetiya–Alaniya Respublikası Parlamentinin deputatı Fuad Kazımovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şimali Osetiya–Alaniya Respublikasının Azərbaycan diasporu adından ürəkdən təbrik edirəm.
Sizə bu ali dövləti vəzifədə Vətənimizin beynəlxalq nüfuzunun gücləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsi yolunda yeni-yeni uğurlar arzulayıram".
XXX
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir Krqanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan nəhəng potensialı olan bir ölkədir və ona yalnız güclü lider rəhbərlik etməlidir. Bu gün Azərbaycan xalqı öz taleyini, övladlarının, nəvə-nəticələrinin və valideynlərinin taleyini məhz Sizə etibar edir. Azərbaycan vətəndaşları öz gələcəyini məhz Sizin rəhbərliyiniz altında görürlər.
Rusiya müsəlmanları milli birliyin, sülhün və qardaş xalqlar arasında dostluğun möhkəmləndirilməsinə yönəlmiş ədalətli qərarlarınızı alqışlayır və dəstəkləyirlər.
İnanırıq ki, vətəndaşların firavanlığının daha da yaxşılaşması və yüksəlməsi üçün cəmiyyət həyatının bütün sahələrində Azərbaycanın rifahı naminə uğurlu fəaliyyətinizi var qüvvənizlə davam etdirəcəksiniz.
Heç də asan olmayan bu fəaliyyətinizdə Sizə güc-qüvvət, ruh yüksəkliyi, tükənməz enerji, müdriklik və səbir arzulayırıq.
Allah-Təala haqq işinizdə köməyiniz olsun, səmimi dualarınızı və ibadətlərinizi qəbul etsin, xeyirli əməllərinizin mükafatını versin".
XXX
“Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri müfti Həzrətəli Dzasejevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Kabardin-Balkar müsəlmanları, Kabardin-Balkar Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının Sizə göstərdiyi etimad, heç şübhəsiz, Sizin xidmətlərinizin və nailiyyətlərinizin, ölkənizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə, onun mədəni intibahına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, eləcə də dövlət-din münasibətlərinin nizamlanmasına, dini etiqad azadlığının təmin edilməsinə, dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına yönəlmiş siyasi kursunuzun doğru olduğunun sübutudur.
Sizin müdrik rəhbərliyiniz bu gün ölkənizdə bir çox dinlərin və millətlərin nümayəndələrinin dinc və rahat yaşamasını təmin edir. Sizin bütün dünya müsəlmanları birliyinə ünvanlanmış İslam həmrəyliyinə çağırışınız isə dinlərarası münasibətlərin keyfiyyətinin yüksəldilməsində və İslamın həqiqi dəyərlərinin geniş yayılması yolunda mühüm mərhələdir. Bu prosesdə Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi Sizin təşəbbüsünüzü tam dəstəkləyir və bundan sonra da sıx, məhsuldar əməkdaşlığa hazırdır.
Mən Uca Allahdan diləyirəm ki, cəmiyyətə xidmət etdiyiniz bu çətin yolda bütün xoşməramlı təşəbbüslərinizdə öz lütfünü və mərhəmətini Sizdən əsirgəməsin. Ali dövləti vəzifənizdə Sizə tükənməz həyat enerjisi, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Bütün xeyirli əməllərinizdə Allah-Təala köməyiniz olsun".
XXX
Rusiya Federasiyası Çuvaş Respublikasının Yazıçılar İttifaqının üzvlərin Mixail Yuxman, Roza Şevlebi, Albina Yuratudan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Çuvaş Respublikasının Yazıçılar İttifaqı və Çuvaş İctimai-Mədəni Mərkəzi adından və şəxsən öz adımızdan səmimi qəlbdən təbrik edirik. Əminik ki, xalqlarımız arasındakı dostluq və mehriban qonşuluq münasibətləri qarşıdakı illərdə Sizin yüksək diqqət və qayğınız sayəsində daha da möhkəmlənəcək.
Cənab Prezident, Sizi bir daha ürəkdən təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".
XXX
Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyukdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının Sizin rəhbərliyinizlə nail olduğu sabitliyə və inkişafa, Sizin uğurlarınıza biz də heyranıq.
Biz Moldova Respublikasına Sizin dəstəyinizi yüksək qiymətləndirir və ümid edirik ki, ölkələrimiz arasında əməkdaşlıq daha geniş vüsət alacaq. Bizi möhkəm dəyərlər və xalqlarımızın rifahını təmin etmək məqsədi birləşdirir. Partiyamızın üzvləri əmindirlər ki, ümumi maraq doğuran çoxsaylı məsələlərdə dialoqumuz davam edəcək.
Zati-aliləri, Sizə səmimi uğur arzularımı və xanım Mehriban Əliyevaya çox dərin hörmət və ehtiramımı çatdırıram".
XXX
Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetredən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvarıq ki, yeni prezidentliyiniz müddətində Azərbaycana uğurlu rəhbərliyiniz davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq.
“Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir.
Zati-aliləri, prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".
XXX
“Borçalı-İrəli” İctimai Birliyi İdarə Heyətinin sədri Məhəbbət İmanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Aprel ayının 11-də keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və uğurlu qələbəniz münasibətilə Sizi və müdrik Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu seçkilərdə Azərbaycan xalqı Sizə səs verməklə Azərbaycanın suverenliyinə, tərəqqisinə, rifahına və ən əsası, Cənubi Qafqazda sülhün və əmin-amanlığın inkişafına səs vermiş oldu.
Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında bir çox ilklərin müəllifidir. Azərbaycanın qüdrətlənməsi, sürətli inkişafı, regionda və dünyada söz sahibinə çevrilməsi, xalqımızın firavan həyat sürməsi, eyni zamanda, Gürcüstan–Azərbaycan dostluğu və strateji tərəfdaşlığı Gürcüstan azərbaycanlılarına qürur və sevinc bəxş edir. İki ölkə arasındakı əlaqələr Gürcüstan ictimaiyyəti və gəncliyi tərəfindən də yüksək dəyərləndirilir.
Hörmətli Prezident, bu seçkilərin demokratik və şəffaf keçirilməsi bir daha dünyaya sübut etdi ki, Azərbaycanda hakimiyyət demokratik prinsiplər üzərində qurulub, Azərbaycan tolerant ölkədir və multikulturalizmin mərkəzidir.
Möhtərəm cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm.
Biz fəxr edirik ki, Heydər Əliyev kimi liderimiz, Sizin kimi dünya şöhrətli siyasətçimiz var. Uca Tanrı Sizə və Odlar Diyarına zəfərlər və zirvələr nəsib etsin".
XXX
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə böyük uğurlar arzulayıram.
Hörmətli cənab Prezident, Sizin ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq müstəqil Azərbaycan Respublikası, onun vətəndaşları və eləcə də dünya azərbaycanlılarının bu günü və uğurlu gələcəyi naminə gördüyünüz əvəzsiz işləri qədirbilən xalqımız həmişə yüksək qiymətləndirir və qiymətləndirəcəkdir.
Xalqımızın bu il aprelin 11-də prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizə səs verməsi bunu bir daha sübuta yetirdi.
Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası adından sonsuz qürurla deyirik ki, biz Prezidentimizlə fəxr edirik!".
XXX
“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Prezident seçkilərində qazandığınız inamlı və möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Vətəndaşların Sizə göstərdiyi bu böyük etimad indiyədək Azərbaycan dövlətinin və xalqının rifahı üçün istər beynəlxalq, istərsə də yerli miqyasda gördüyünüz misilsiz işlərə verilən ən layiqli qiymətdir.
Azərbaycan xalqı növbəti dəfə Sizə etimad göstərməklə ölkəmizin parlaq gələcəyinə, davamlı və hərtərəfli inkişafına, siyasi, iqtisadi, hərbi və sosial sahələrdə gücünün artmasına dəstək verdi. Şübhəsiz ki, bu dəstək bütün fəaliyyətiniz boyu Sizi müşayiət edəcəkdir.
Hər zaman olduğu kimi, yeni prezidentlik dönəmində də “Palmali” Şirkətlər Qrupu və onun kollektivi Sizin həyata keçirdiyiniz islahatlardan bəhrələnəcək, öz fəaliyyətini dəyərli tövsiyə və göstərişlərinizə əsaslanaraq təşkil edəcək, Sizin rəhbərliyiniz ilə əldə edilən inkişafa qürurla töhfə verəcəkdir.
Sizi qələbəniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı diləyir, hər bir işinizdə uğurlar arzulayıram".
XXX
Litva Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri, Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kyestutis Kudzmanasdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Çox xoşbəxtəm ki, mənə 2007-2012-ci illərdə Litva Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmək səadəti nəsib olmuşdur. Həmin müddətdə Azərbaycanın iqtisadi inkişafını və yüksəlişini mütəmadi izləmişəm.
Bu günlərdə isə ölkənizdə böyük siyasi kampaniyanı - prezidentliyə namizədlərin seçki marafonunu şəxsən müşahidə etmişəm.
Bu seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi və xalqınızı Azərbaycanın etibarlı dostu kimi səmimi qəlbdən təbrik edirəm.
Sizə fəaliyyətinizdə uğurlar, cansağlığı, uzun ömür diləyir, Sizin rəhbərliyiniz ilə Azərbaycana sülh, əmin-amanlıq, sabit dinamik inkişaf və firavanlıq arzulayıram".
XXX
Türkiyə Otel və İstirahət yerləri İşçiləri Həmkarlar İttifaqının sədri Cemail Bakındıdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən çox məmnun oldum.
Sizi ürəkdən təbrik edirəm. Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik diləyir, uğurlu illər arzulayıram".
XXX
Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri Osman Gezekerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və yenidən dövlət başçısı vəzifəsinə seçilməyinizdən çox məmnun olduğumu bildirirəm.
Aprelin 11-də keçirilən seçkilərin nəticələri Azərbaycan xalqının Sizə böyük etimadının və ölkənin inkişafı yolunda həyata keçirdiyiniz siyasi kursunuzla həmrəyliyinin bariz nümunəsi oldu. Seçicilərin böyük əksəriyyəti tərəfindən namizədliyinizin dəstəklənməsi son illərdə həyata keçirilən dövlət proqramlarının səmərəliliyinin, paytaxtda və eləcə də regionlarda dinamik inkişafa nail olunması üçün göstərdiyiniz şəxsi xidmətlərin yüksək qiymətləndirilməsinin parlaq sübutudur.
Əminəm ki, dövlət başçısı kimi şərəfli və məsuliyyətli vəzifədə xidmətləriniz bundan sonra da Azərbaycanda sabitliyin və firavanlığın möhkəmlənməsinə, ölkənin iqtisadi potensialının artmasına və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə təkan verəcəkdir.
Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, qarşıdakı illərdə Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə yeni uğurlara imza atmağı arzulayıram. Tanrı Sizi qorusun!".
XXX
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Ümumxalq etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin bu parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının təntənəsinin, doğma Azərbaycanımızın yekdiIliyinin təcəssümü olmaqla, dünya səviyyəsində qazanılmış siyasi nüfuzunuzun sübutudur.
Cənab Prezident, Vətəndən kənarda yaşayan azərbaycanlılar adından Sizi bir daha ürəkdən təbrik edirik. Əminik ki, ümummilli dəyərlərimizə xidmət edən fəaliyyətinizlə doğma Vətənimizin ərazi bütövlüyünün tam bərpasına nail olacaq, yeni-yeni uğurlarınızla bizləri daha da sevindirəcəksiniz".