...

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib (FOTO)

Siyasət Materials 7 May 2018 14:04 (UTC +04:00)
Muzeydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib.
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı Həmkarlar təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib.

Muzeydən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə çıxış edib. Ulu öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışıb. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd edib.

Sonra tədbirdə iştirak edən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək, Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü fəaliyyətdən bəhs edib. Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğulayıb və müasir dövlətçiliyin məhz H.Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında məlumat verib.

Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov çıxış edib. O çıxışında Azərbaycanda ictimai-siyasi stabilliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında ulu öndərin böyük rolunu qeyd edib və Heydər Əliyev irsinin daha çox öyrənilməsi gərəkdiyini bildirib.

Tədbir musiqi sədaları və rəqs ifalarından ibarət bədii hissə ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti