...

Avropa Parlamentinin vitse-prezidenti: "Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"

Siyasət Materials 8 May 2018 10:35 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir.
Avropa Parlamentinin vitse-prezidenti: "Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"

Bakı. İlhamə İsabalayeva – Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala deyib.

Xanım H.Hautala qeyd edib: “Bütün səylər göstərilməlidir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Münaqişənin həlli üçün başqa yol - müharibədən, hərbdən başqa yol varmı? Bəli, var. Biz əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti