...

Millət vəkili: Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi olmasın

Siyasət Materials 9 May 2018 17:42 (UTC +04:00)
Azərbaycanın elə bir guşəsi, elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili: Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi olmasın

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi, nişanəsi olmasın.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ulu öndərin əməyi özünü göstərir: “Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, addımları Azərbaycan xalqı üçün örnəkdir”.

A.Hüseynov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır:

“Bu zirvəyə gələnə qədər o, çox böyük keşməkeşli yollar keçib: "Müstəqilliyin ilk illərində Azərbaycan çox ağır durumda idi, hətta elə bir vəziyyət yaranmışdı ki, ölkəmiz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmçinin ölkədə iqtisadi tənəzzül höküm sürürdü və bu tənəzzül getdikcə daha da dərinləşirdi. 1993-1994-cü illərdə ölkə büdcəsi tamamilə boşaldılmış, inflyasiya keçmiş SSRİ məkanında ən yüksək həddə çatmışdı. Ölkənin ümumi daxili məhsulunun artım tempindən söhbət belə gedə bilməzdi”.

Deputat bildirib ki, ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü. Çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Həmin dövrdə o, Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Heydər Əliyev dünya səviyyəli siyasətçidir və ölkəmizdə bugünkü inkişafın əldə olunmasında onun əməyi danılmazdır”.

A.Hüseynov vurğulayıb ki, neft strategiyasının düzgün müəyyənləşdirilməsi və iqtisadi uğurlarımızın əsasında məhz Heydər Əliyevin islahatları dayanır.

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir: “Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti