Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib.
Trend-in məlumatına görə, bu barədə müvafiq sərəncam verilib.
70 yaşlı diplomat 2006-cı ildən bu ilin fevralına qədər Rusiyanın Qazaxıstanda səfiri olub.
M.Boçarnikov yeni vəzifəsində Vladimir Doroxini əvəz edib. V.Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.