...

Nazir müavini: Qeyri-rəsmi məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil

Siyasət Materials 30 May 2018 15:42 (UTC +04:00)
Qeyri-rəsmi məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil.
Nazir müavini: Qeyri-rəsmi məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Qeyri-rəsmi məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, dünya əhalisinin 60 faizə qədəri qeyri-formal fəaliyyət göstərir. İ.İsayevin sözlərinə görə, Avropa ölkələrində qeyri-rəsmi məşğulluğun nisbəti 12 faizə qədərdir: “Yəni dünyanın qabaqcıl ölkələri də qeyri-rəsmi məşğulluğu tam aradan qaldıra bilmir. Azərbaycanda da bunun qarşısını tamamilə almaq mümkün deyil, ancaq faizin aşağı salınması üçün tədbirlər görülür. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müvafiq qurumlar birgə fəaliyyət göstərməlidir. Burada kompleks yanaşma olmalıdır, təkcə inzibati tədbirlər kifayət deyil. Burada iqtisadi tədbirlər, stimullaşdırıcı və maarifləndirici tədbirlər də həyata keçirilməlidir”.

Nazir müavini hesab edir ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra qeyri-rəsmi məşğulluq xeyli dərəcədə aşağı düşəcək: “Yəni vətəndaş tibbi sığortadan yararlanmaq üçün qeydiyyatdan keçməlidir, məşğul şəxs qeydiyyata düşməlidir. Türkiyədə tibbi sığortanın tətbiqindən sonra qeyri-rəsmi məşğulluq 30 faiz azaldı. Yəni bu bir misaldır, digər sahələrdə də tədbirlər görməklə qeyri-rəsmi məşğulluğu aşağı salmaq mümkündür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti