...

Səfir: Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir (FOTO)

Siyasət Materials 17 Oktyabr 2018 20:18 (UTC +04:00)
Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir.
Səfir: Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir (FOTO)

Bakı. Fikrət Doluxanov - Trend:

Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir.

Trend-in məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

Səfirin sözlərinə görə, ortaq tarix və mədəniyyət iki ölkə xalqını xüsusilə yaxınlaşdırır.

M.İşankuliyev qeyd edib ki, Türkmənistan və Azərbaycan qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir.

Diplomat xüsusilə bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında əsas rol Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti