Bakı. Elçin Mehdiyev – Trend:
Dayanıqlı İnkişafa dair Bakı Forumu ortaq məqsədlərə nail olmaq üçün çox gözəl bir zəmin yaradır.
Trend-in məlumatına görə, bunu Slovakiya Baş nazirinin investisiya və informasiyalaşdırma məsələləri üzrə müavini Riçard Raşi forumda çıxışı zaman deyib.
O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) tərəfdaşlıq vasitəsilə həyata keçirmək mümkündür: "Dayanıqlı İnkişaf Məqsədləri ilk növbədə dövlət siyasətinin özündə olmalıdır".
R.Raşi bildirib ki, 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə fəaliyyətə bütün tərəflər cəlb olunmalıdır: “Biz qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, özəl sektoru cəlb etməklə ölkəmizin bu istiqamətdə proritetini müəyyən etmişik. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi strategiyası heç kimi kənarda qoymamaqla hazırlanmalıdır. Biz DİM-in həyata keçirilməsi üçün regional, milli və qlobal səviyyədə əməkdaşlıq etməliyik”.