Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür

Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür

Bakı. Trend:

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 26 il ötür.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilib. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, Yeni Azərbaycan Partiyası sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçib.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatıb, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayıb.

2000-ci il noyabrın 12-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb.

Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul edib. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilib. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycanın Baş naziri İlham Əliyev Azərbaycan Prezidenti seçilib.

2004-cü il dekabrın 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atıb.

Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilən III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilib. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilib. MNTK-ya 17 nəfər üzv seçilib.

2005-ci il noyabrın 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə edib.

2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilib. Qurultay tarixi qərar alaraq, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürüb. 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilib.

Yeni Azərbaycan Partiyası dekabrın 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürüb (29 maddəyə). Milli Məclis YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul edib və 2009-cu il martın 18-də referendum keçiriliməsi barədə qərar qəbul edib. Yeni Azərbaycan Partiyası dekabrın 31-də "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaradıb və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparıb. 18 mart 2008-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə edib.

YAP 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanıb və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoyub.

2010-cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz, 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək, 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Milli Məclisdə 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi.

Yeni Azərbaycan Partiyası 2011-ci il dekabrın 21-də növbəti beynəlxalq konfransa ev sahibliyi edib. “Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya, Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak edib. Ölkə praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olub, YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə çevrilib.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci il iyunun 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımışdan mühüm əhəmiyyət daşıyıb. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilib. Həmçinin, 2012-ci ilin noyabrın 21-də Bakıda ICAPP Daimi komitəsinin 18-ci iclası keçirilib. Daimi komitənin iclasında ICAPP-ın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən noyabrın 22-23-də Bakı şəhərində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına hazırlıq işlərinin vəziyyəti, eləcə də təşkilatın qarşısında duran digər vəzifələr müzakirə edilib. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakıda "Gülüstan" sarayında öz işinə başlayıb. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda iki gün və 4 plenarda davam edən Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Tədbirin sonunda qurumun Qadınlar və Gənclər qollarınn 2013-cü ildə Bakıda birinci forumlarının keçirilməsi haqqında razılığa gəlinib və “Bakı bəyannaməsi” qəbul olunub. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulanıb. YAP-ICAPP əməkdaşlığı çərçivəsində 2013-cü il aprelin 4-6-da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclası keçirilib və mühim qərarlar alınıb. İclasın sonunda Bakı Bəyannaməsi qəbul edilib.

Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində əlamətdar hadisə, heç şübhəsiz, onun növbəti – V Qurultayının keçirilməsi olub. 2013-cü il iyunun 7-də keçirilən Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti 5 illik müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülüb və Qurultay nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib. V Qurultayın işində partiyanın təşkilati məsələlərinə baxılıb. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilib. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanıb və qəbul edilib.

YAP 23 dekabr 2014-cü ildə bələdiyyə seçkilərində, 1 noyabr 2015-ci ildə isə parlament seçkilərində qalib gəlib.

Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Loading Bars
Xəbər lenti
Tovuzda birmərtəbəli ev yanıb
Türkiyədə son sutkada koronavirusdan 52 213 nəfər sağalıb
ABŞ bu il Əfqanıstana əlavə 300 milyon dollar ayıracaq
Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır
Bakıda mənzildən kişi meyiti tapılıb
Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxıb
ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub
Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib
Mariya Stadnik Avropa çempionatının finalında (FOTO)
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Bütün xəbərlər