...

Maliyyə naziri: Təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manat ayrılacaq

Siyasət Materials 27 Noyabr 2018 12:58 (UTC +04:00)
Təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manat ayrılacaq.
Maliyyə naziri: Təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manat ayrılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın 2019-cu il dövlət büdcəsi ilə bağlı bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminat üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsindən 200 milyondan artıq vəsatin ayrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur:

“Növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və görmə qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti