...

Milli Məclis bu gün 21 məsələ üçün toplaşır

Siyasət Materials 7 Dekabr 2018 09:13 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mənzil Məcəlləsinə, "Dövlət borcu haqqında", "İnzibati icraat haqqında", "Dövlət qulluğu haqqında", "Uşaq hüquqları haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və digər bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Ümumilikdə iclasın gündəliyinə 21 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti