Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin üç deputatına yeni vəzifə veriləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi təklif edilir.
Dəyişikliklər parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.