...

Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək

Siyasət Materials 14 Yanvar 2019 17:49 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb
Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək

Bakı. Trend:

Türkiyədə səfərdə olan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda, uzun müddətdi müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib.

Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti