...

Prezident İlham Əliyev: Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq

Siyasət Materials 16 Yanvar 2019 14:56 (UTC +04:00)
Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq.
Prezident İlham Əliyev: Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq

Bakı. Trend:

Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq.

Trend-in məlumatına görə, bunu Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı ölkəmizdə qeyri-neft sənayesinin sürətlə artdığını bildirib: “Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur”.

İlham Əliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var:

“Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir. Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti