Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib (YENİLƏNİB-2) (FOTO)

Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib (YENİLƏNİB-2) (FOTO)

Bakı. Trend:

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev institutun binasının rəmzi açılışını bildirən lenti kəsdi.

İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.

Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verildi.

Qeyd olundu ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir. İnstitut və onun tabeli qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.

İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının, aqrar sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.

Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına nail olmaqdır.

Sonra dövlətimizin başçısı Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşdü.

Könüllü Sarvan Cəbrayılzadə çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Sizi aqrar inkişaf könüllüləri adından salamlayırıq. Hərəkatımız aqrar sahədə inkişafa dəstək məqsədi daşıyır. Biz artıq 35 regionda təşkilatlana bilmişik. Biz dörd aydır ki, fəaliyyətə başlamışıq. Bu qısa müddətə baxmayaraq, sıralarımıza 600 gənci cəlb edə bilmişik. Üç il ərzində 10 mindən çox gənci öz sıralarımıza cəlb etməyi nəzərdə tutmuşuq. Bizim könüllülərimiz Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fəaliyyət göstərirlər. DAİM-lərdə biz fermerlərin yanında oluruq, onlara dəstək veririk, eyni zamanda, özümüz də aqrar sahədə təcrübə qazanırıq. Əminik ki, Sizin xeyir-duanızla, dəstəyinizlə biz daha böyük nailiyyətlərə çata bilərik. Biz könüllülər olaraq həm də fəal maarifləndirmə işi aparırıq. Könüllülərimiz regionlarda fermerlərə aparılan islahatların mahiyyəti barədə məlumat verirlər. Nəticədə fermerlərimiz bu islahatlarla tanış olurlar. Həmçinin könüllülərimiz aqrar sahədə müəyyən təcrübə qazanırlar.

X X X

Könüllü Rübabə Yusifova dedi:

- Möhtərəm cənab Prezident, aqrar inkişaf könüllüləri aqrar təşəbbüsləri dəstəkləyirlər. Dövlətimizin biz gənclərə hədəflənən layihələri var. Könüllülərimizi bu layihələrdə iştirak etməyə çağırırıq. Bilirik ki, könüllülük fəaliyyəti bizim mütəxəssis kimi formalaşmağımıza kömək edəcək. Hədəflərimiz bəllidir. Regionlarda gənclər arasında məşğulluğu artırmaq istəyirik. Bilirik ki, könüllülük hərəkatına xüsusi dəstək verirsiniz. Göstərdiyiniz bu diqqət biz könüllüləri daha fəal çalışmağa sövq edir. Bu diqqətə görə könüllülər adından Sizə dərin təşəkkürümüzü bildiririk.

X X X

Prezident İlham Əliyev çıxış edərək dedi:

- Çox sağ olun, mən sizi ürəkdən salamlayıram. Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər.

Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq.

Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.

Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək.

Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.

İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə maraq göstərirlər, əminəm ki, maraq daha da böyük olacaq.

Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir.

Sizi bir daha salamlayıram, təbrik edirəm. Siz Azərbaycanın müxtəlif bölgələrində işləyəcəksiniz və ümumi işimizə öz töhfənizi verəcəksiniz. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb
Britaniyada koronavirusdan daha 223 nəfər ölüb
Rusiyada ticarət mərkəzində partlayış olub
Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib
Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb
KXDR sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib
BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır
Türkiyədə son sutkada koronavirusdan 27 352 nəfər sağalıb
Sabirabadda birmərtəbəli ev yanıb
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu (ƏLAVƏ OLUNUB)
Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb
Azərbaycan XİN Zəngilanın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Zəfər xronikası 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr
Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxs saxlanıldı
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib (VİDEO)
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Bütün xəbərlər