...

ATƏT sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Fevral 2019 15:24 (UTC +04:00)
ATƏT sədri Azərbaycana səfər edəcək.
ATƏT sədri Azərbaycana səfər edəcək

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək.

Trend-in məlumatına görə, bunu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var".

M.Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mövcud çərçivələri dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirik. Mən onlarla mütəmadi görüşürəm".

ATƏT sədrinin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra yeni vəziyyət yaranıb:

"Gözləntilər bununla bağlıdır. İstərdim, mənim səfərim müəyyən etməyə kömək etsin ki, bu mənada nəyi gözləmək olar və hansı nəticələr əldə edilə bilər. Bizim məqsədimiz Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etmək üçün kömək etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti