...

Deputat: Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq

Siyasət Materials 26 Fevral 2019 09:27 (UTC +04:00)
Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq
Deputat: Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.

Bunu Trend-ə Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir”.

Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti