...

Azərbaycan Prezidenti: Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir

Siyasət Materials 25 Fevral 2019 14:26 (UTC +04:00)
Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir.
Azərbaycan Prezidenti: Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir

Bakı. Trend:

Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi:

“Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər”.

İlham Əliyev bildirib ki, dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır: “O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti