...

Arçil Sixarulidze: Gürcüstan liderinin Bakıya səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək

Siyasət Materials 27 Fevral 2019 19:40 (UTC +04:00)
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun təsdiqidir
Arçil Sixarulidze: Gürcüstan liderinin Bakıya səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun təsdiqidir.

Bunu Trend-ə gürcüstanlı ekspert Arçil Sixarulidze deyib.

Ekspertin sözlərinə görə, hazırda iki qonşu ölkənin müxtəlif sahələrdə qarşılıqlı maraqları var:

“Gürcüstan özünün enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və bu baxımdan Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Paralel olaraq, ölkələrimiz arasında xüsusilə də iqtisadiyyat və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük tranziti sahəsində hərtərəfli əməkdaşlıq davam edir. Bu layihə Azərbaycan və Gürcüstandan keçən yüklərin həcminin artması üçün böyük imkanlar yaradır. Məhz bu faktı Azərbaycan dövlət başçısı qeyd edib”.

Ekspert əlavə edib ki, Gürcüstan və Azərbaycan dost ölkələrdir və regionda sabitlik və təhlükəsizliyin qorunmasında maraqlıdır:

“Hesab edirəm ki, Gürcüstan liderinin Bakıya səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək və birgə irimiqyaslı layihələrin reallaşdırılması üçün əlverişli mühit yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti