...

Prezident İlham Əliyev əmək pensiyasının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib

Siyasət Materials 27 Fevral 2019 18:39 (UTC +04:00)
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Prezident İlham Əliyev əmək pensiyasının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:

“Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti