Bakı. Sara İsrafilbəyova - Trend:
ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə qəbul edilmiş formatdır.
Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, ATƏT-də sədrlik edən Slovakiya münaqişənin həllini dəstəkləyir:
“ATƏT Minsk qrupu danışıqlarda qəbul olunan yeganə formatdır və hər bir dəyişiklik razılaşdırılmalıdır”.