...

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Siyasət Materials 7 Mart 2019 14:11 (UTC +04:00)
Martın 6-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı. Trend:

Martın 6-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti