...

Türkiyənin yeni hərbi attaşesi müdafiə nazirinə təqdim olunub (FOTO)

Siyasət Materials 7 Mart 2019 18:51 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.
Türkiyənin yeni hərbi attaşesi müdafiə nazirinə təqdim olunub (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

Səfir E.Özoral ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İsmayıl Hakkı Kösealini Müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti