...

ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 26 Mart 2019 07:43 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən təbrikdə deyilir:

"İran xalqını və özündə yazın və Yeni ilin gəlişini əks etdirən bu qədim ənənəni qeyd edənlərə, həmçinin Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan xalqlarını və onların Birləşmiş Ştatlardakı icmalarını Novruz bayramı münasibətilə təbrik edir, xoşbəxtlik arzulayıram".

Qeyd olunur ki, minilliklər boyunca Novruz bir çox insanların və cəmiyyətlərin mədəniyyəti və irsinin əsası hesab edilirdi:

"Novruz gələcəyi bayram edərək keçmiş haqqında düşünmək üçün ailəni və dostları bir araya toplayır, həm yaxında, həm də uzaqda olan insanlarla ünsiyyət qurmaq imkanı verir. Qoy bu Novruz hər kəsə yeni başlanğıclar və işıqlı gələcək bəxş etsin! Bayramınız mübarək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti