...

Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib

Siyasət Materials 19 Aprel 2019 11:54 (UTC +04:00)
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib

Bakı. Trend:

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

Diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfəri Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Həydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti