...

Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

Siyasət Materials 24 Aprel 2019 19:04 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb
Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:

“Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti