...

Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb (FOTO)

Siyasət Materials 11 May 2019 16:43 (UTC +04:00)
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb (FOTO)

Bakı. Trend:

Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti