...

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 3 İyun 2019 11:28 (UTC +04:00)
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti