Bakı. Elçin Mehdiyev - Trend:
Son zamanlar Azərbaycanla Çin arasında münasibətlər yeni inkişaf səviyyəsinə çatıb.
Trend-in məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinxua deyib.
Səfir bildirib ki, aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfər edərək ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı və eyni zamanda 10 gün əvvəl Çinin xarici işlər naziri Van Yinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni səviyyəyə çıxmasının bariz nümunəsidir.
Ç.Cinxua vurğulayıb ki, sürətlə inkişaf edən Çin-Azərbaycan münasibətlərinin, hər iki tərəfin qarşılıqlı olaraq bir-birinin dilini və mədəniyyətini daha yaxşı anlayan elçilərinə, mehriban əlaqələndiricilərinə malik olmasına ehtiyacı var.