Bakı. Trend:
Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk özünün "Twitter" hesabında yazıb.
D.Tusk qeyd edib ki, ildən-ilə Aİ və Azərbaycan bir-birinə daha da yaxınlaşırlar: "Bu gün mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım".