Yaponiya nümayəndə heyəti Ombudsman təsisatında qəbul olunub

Yaponiya nümayəndə heyəti Ombudsman təsisatında qəbul olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Yaponiya Daxili İşlər və Rabitə Nazirinin Parlamentar Müavini cənab Hideo Ohnishinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi cənab Akira Sanno da müaşiyət edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, təsisatla tanışlıq məqsədi daşıyan bu görüşdə nümayəndə heyətini salamlayan Müvəkkil beynəlxalq təşkilatlar, beynəlxalq və regional ombudsman institutları, o cümlədən Asiya Ombudsmanlar Assosiasiyasının (AOA), Beynəlxalq Ombudsmanlar İnstitutu ilə sıx əməkdaşlığın qurulduğunu, hər iki təşkilatın iclaslarına qatıldığını, AOA-ın Bakıda təşkil edilmiş Direktorlar Şurasının iclası, 2015-ci ildə AOA-ya vitse-prezident seçilməsi, Yaponiyanın Tokyo və Nagasaki şəhərlərində təşkil edilmiş beynəlxalq konfranslarda iştirakı barəsində qonaqlara məlumat verib.

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və YUNESKO-nun bu ölkədəki Milli Federasiyasının təşkilatçılığı ilə keçirilmiş XVI Kanaqava Dünya Uşaq İncəsənət sərgisində iştirak etdiyini, Azərbaycan məktəblisinin ekoloji hüquqlar mövzusunda çəkdiyi rəsm işinin münsiflər heyəti tərəfindən fərqləndirilməsi və diploma layiq görüldüyünü diqqətə çatdırıb.

E. Süleymanova 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, həmin öhdəliklərdən biri kimi ölkədə 2002-ci ildə ilk Ombudsman təsisatının yaradıldığını, onun mandatı haqqında məlumat verərək, ötən müddət ərzində təsisatın özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini bildirib.

Nümayəndə heyətininin üzvlərinin sualını cavablandırarkən, E. Süleymanova əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən, qadınların, uşaqların, əlilliyi olan şəxslərin, məhkumların, ahıllarınvə digər qrupların hüquqlarını müdafiə etdiyini bildirmişdir. Vurğulanıb ki, Ombudsman öz fəaliyyətini mandatına müvafiq olaraq, hər hansı bir ayrı-seçkiliyə yol vermədən, müstəqillik, aşkarlıq və şəffaflıq prinsipləri üzərində qurur.

O həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, etnik təmizləməyə məruz qaldığını, dünya üzrə əhali nüsbətinə düşən qaçqın və məcburi köçkün 1 faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm on faiz olduğunu,1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, natamam ailələrin yarandığını, müharibə illərində valideynlərini itirmiş uşaqların sayının artdığını, ölkədə sağlaımlıq, təhsil və digər sosial sahələrdə problemlərin yarandığını vurğulayıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qaçqın və məcburi köçkünlər üçün yeni infrastrukturla təhciz edilmiş qəsəbələr salınmdığı və onların çadır düşərgələrindən həmin qəsəbələrə köçürüldüyü qeyd edilib.

Ombudsman bu silahlı münaqişənin ölkəmizə vurduğu ziyana baxmayaraq, ölkə Prezidentinin uğurla davam edən siyasəti nəticəsində qısa müddət ərzində əldə olunan sosial, iqtisadi inkişafın, bu istiqamətdə aparılan davamlı dövlət siyasəti nəticəsində yoxsulluğun 85 faizdən 4.9-5 faizə endiyini nəzərə çatdırıb.
Dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunması, 65 əfv sərəncamı imzalanması, minlərlə insanın ailəsinə, cəmiyyətə qovuşmasını qeyd edərkən, müsbət təcrübə kimi Müvəkkil hər ayın sonu Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına müraciət etdiyini və onun vəsatəti əsasında indiyədək 692 məhkumun azadlığa buraxıldığını da xüsusilə vurğulayıb.

Bundan əlavə o, 2008-ci ildə ölkəmizin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun ratifikasiya etdiyini, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunduğunu, ötən müddət ərzində Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə müvafiq sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup Ombudsman ilə birgə başçəkmələrın həyata keçirildiyi barəsində qonağa məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğunu bildirib.

Belə ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülmüş, minə qədər məhkuma elektron qolbaq tətbiq edilmiş və müvafiq cəzalarını çəkməklə onlara Elektron monitorinq mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir.

E. Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin monitorinqi məqsədilə ölkənin bir çox rayon və şəhərlərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə geniş ictimai dinləmələr keçirildiyini, nəticələrin təhlil edilərək ümumiləşdirildiyini və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət edildiyini qeyd edib.

O həmçinin mütəmadi olaraq paytaxtda və regionlarda məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırmanın həyata keçirildiyi də nəzərə çatdırılıb.

Ombudsman insan hüquqlarının qorunması, təbliği və təşviqində təsisatın çoxşaxəli fəaliyyəti sahəsində görülmüş işlər, uşaq hüquqları və işgəncə əleyhinə qaynar xəttlərin, regionlarda 35 rayonu əhatə edən 4 Regional mərkəzlərin, habelə uşaq və ahılların hüquqları üzrə resurs mərkəzlərinin fəaliyyəti və mütəmadi olaraq maarifləndirmə tədbirlər çərçivəsində uşaq hüquqları üzrə pilləli tədrisin, ahıllara pulsuz psixoloji, tibbi xidmətlərin təşkil edildiyini diqqətə çatdırıb.

Həmçinin əhalinin müxtəlif qruplarının, xüsusilə qadınların, ahılların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlərin davam etdirildiyi söylənib.
Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dən çox təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, onların böyük əksəriyyəti artıq təmin olunmuşdur. Müvəkkilin dövlət qurumları, QHT-lər, o cümlədən hüquq müdafiəçiləri ilə sıx əməkdaşlıq etdiyi söylənib.

E. Süleymanova ölkədə institusional islahatlar barəsində danışaraq, əhalinin rifah halının yaxşılaşdırılması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sosial xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyəti barəsində qonaqları məlumatlandırıb.

Müvəkkil görüş zamanı qonaqları maraqlandıran sualları ətraflı olaraq cavablandırıb.
Cənab Hideo Ohnishi nümayəndə heyətin üzvləri adından səmimi qəbul və təsisatın fəaliyyəti barəsində ətraflı məlumata görə E. Süleymanova təşəkkür etmiş, Müvəkkilin Azərbaycanda insan hüquqları sahəsində apardığı uğurlu işi ilə yanaşı, AOA vitse-prezidenti kimi inkişaf etməkdə olan Asiya ölkələrində də fəaliyyətini gücləndirməyə davam etdirəcəyini vurğulamış, onun bu sahədə fəaliyyətinin çoxşaxəliliyini yüksək qiymətləndirmişdir.

Tədbirin sonunda tərəflər qarşılıqlı olaraq təsisatlarını təbliğ edən simvolik hədiyyələr təqdim ediblər.

“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək
Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Loading Bars
Xəbər lenti
Blumberq təbliğat kampaniyasına 500 milyon dollardan çox vəsait xərclədi
ABŞ Çin jurnalistlərinin ölkədən xaric edilmələrini istisna etmir
Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb
Peruda iki avtobusun toqquşması nəticəsində ən az 11 nəfər öldü
Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib
“Liverpul” İngiltərə Premyer Liqasının 27-ci turunda “Vest Ham” komandasını məğlub etdi
ABŞ Venesuelanın neft sektoruna qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir
Çindən kənarda koronavirusa yoluxanların sayı 2000-i keçdi
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
Tovuzda mərmi tapıldı
Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan Milli Karate Federasiyası arasında memorandum imzalanıb (FOTO)
Səfirlik: Sərhəd problemindən Naxçıvanın zərər görməməsi üçün tədbirlər görülür
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib (FOTO)
117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 məntəqəsində nəticələr ləğv olundu
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib - Türkiyəli diplomat
Ombudsman məcburi köçkün qadınların hüquqlarının təmini məsələsinə həsr edilmiş beynəlxalq konfransda çıxış edib (FOTO)
İrandan gələn daha iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi
Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı
MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı
Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi
Yasamal Birinci Seçki Dairəsində 4 məntəqə üzrə seçkinin nəticələri ləğv edildi
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb
Sumqayıt İkinci Seçki Dairəsinin 2 məntəqəsində nəticələr etibarsız sayıldı
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Məzahir Pənahov: MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Hikmət Babaoğlu: Azərbaycan multikultural və tolerant dəyərlərə söykənərək yeni keyfiyyət platformaları yaradır
“Ulduz” şokolad festivalında iştirak edib (FOTO/VİDEO)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi
Abşeronda 64 yaşlı qadın dənizdə batıb
İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb - Məzahir Pənahov
Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtını uzadıb
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Səbail rayonunda hesabat yığıncağı keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb
Daha bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi
Sabirabad Birinci Seçki Dairəsi üzrə bir məntəqədə nəticə etibarsız sayıldı
Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə nəticə ləğv edildi
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib
Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır - Məzahir Pənahov
Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Fevralın 25-nə manatın məzənnəsi
Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb (FOTO)
MSK iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi
Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb
İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ
Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır
MSK-nın seçkilərlə bağlı iclası başladı
Nazirlər Kabineti koronavirusa qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü
Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək
Ötən gün yol qəzalarında 5 nəfər ölüb
“Yüksəliş” müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib
ETSN-də ictimai dinləmə keçiriləcək
Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Artur Rasi-zadəni ordenlə təltif edib
Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev İsrafil Qurbanovu ordenlə təltif edib
İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi (ÖZƏL)
KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir
Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb (FOTO)
Avtomobilini yol ayırıcısına vuran sürücü öldü
Azərbaycan İlahiyyat İnstitutunda “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub (FOTO)
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Yelo Bank içməli su təchizatına dair tender elan edir
Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ
BSU-da tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib
Unibank-ın təqaüdçülər kampaniyası davam edir
Elxan Ələsgərov: Paşinyanın "Mənim addımım" bloku və Ermənistanda çiçəklənən faşizm
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq
“FINCA Azerbaijan” Balakən və Tovuz filiallarının rəsmi açılışını etdi (FOTO)
Britaniya səfiri şimal bölgəsinə səfər edib (FOTO)
İranda daha 18 nəfər yeni koronavirusa yoluxub
Naxçıvan Ali Məclisinə sədr seçildi
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı (FOTO)
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək
Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar (FOTO)
İranda koronavirusa yoluxanların sayı 60-ı keçib (ƏLAVƏ OLUNUB)
ÜST Azərbaycanda koronavirusun olması ilə bağlı məlumatlara münasibət bildirdi
Azərbaycan İlahiyyat İnstitutu “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib (FOTO)
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq Prezidentin səfəri ilə daha da möhkəmləndi - Politoloq
Digər dillərdə oxumaq istəyənlər üçün 1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıldı
Koronavirus təhlükəsi Azərbaycanda qızıl qiymətlərinə təsir etmir
Gədəbəydə "VAZ" "KamAZ"la toqquşub, ölən var
Bütün xəbərlər